Azərbaycan Respublikasının Təhsil İnstitutunun Məktəbəqədər təhsil şöbəsinin baş mütəxəssisi Kifayət Məmmədova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 iyun 2026-cı il tarixli qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Kifayət Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (5801.01) ixtisası üzrə doktorantura təhsili alıb. O, pedaqogika üzrə fəlsəfə doktoru, professor Mircəfər Həsənovun elmi rəhbərliyi altında “Fiziki mədəniyyət məşğələlərində məktəbəqədər yaşlı uşaqların davranış mədəniyyətinin formalaşdırılması üzrə işin didaktik əsasları” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
Əməkdaşımızı ürəkdən təbrik edir, yeni elmi nailiyyətlər arzulayırıq!
