
ARTİ-nin Təhsildə tətbiqi tədqiqatlar şöbəsi və Statistik məlumatların təhlili şöbəsinin əməkdaşları Pərvin Bayramlı, Leyla Sultanlı, Lalə Hüseynova, Ülkər Hüseynova və Kəmalə Kazımovanın həmmüəllifliyi ilə hazırlanmış “Azərbaycan müəllimlərinin peşəkar inkişaf təlimlərinə münasibəti” (“The Perception of Teacher Professional Development in Azerbaijan”) məqaləsi “Beynəlxalq təhsil tədqiqatları jurnalı”nda (Universal Journal of Educational Research, USA) dərc olunub. Jurnal Norwegian Centre for Research Data və “Ulrich”də indekslənir.
Məqalədə Azərbaycan müəllimlərinin peşəkar inkişaf proqramlarına münasibəti, üstünlük verdikləri təlim formaları və iştirak zamanı qarşılaşdıqları əsas çətinliklər araşdırılıb. Tədqiqatın nəticələri müəllimlərin praktik və interaktiv təlimlərə üstünlük verdiyini göstərir və peşəkar inkişaf proqramlarının müəllimlərin fərdi ehtiyaclarına uyğun planlaşdırılmasının əhəmiyyətini vurğulayır.
Məqalə ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Azərbaycan müəllimlərinin peşəkar inkişaf təlimlərinə münasibəti