56-cı Beynəlxalq Fizika Olimpiadasının medalçıları

Tarix: 13.07.2026
Paylaş:

 

4–12 iyul tarixlərində Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) Azərbaycan komandası mühüm nailiyyət əldə edib.

Dünyanın müxtəlif ölkələrindən yüzlərlə istedadlı şagirdin iştirak etdiyi nüfuzlu elm yarışında Azərbaycan məktəbliləri son 20 ilin ən yüksək nəticəsini göstərərək 3 gümüş, 2 bürünc medal qazanıblar.

Gümüş medalçılar:

🥈 Zeynəb Məhəmmədli – Sumqayıt şəhər Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdi
🥈 Bəxtiyar Ağayev – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi
🥈 Murad Xəlil – Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi

Bürünc medalçılar:

🥉 Raiq Babazadə – Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi
🥉 Məhəmməd Cəfərli – Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi

Qeyd edək ki, Zeynəb Məmmədli Beynəlxalq Fizika Olimpiadasından (IPhO) Azərbaycana ilk gümüş medal qazandıran qız şagirddir.

Bu uğur Azərbaycan məktəblilərinin beynəlxalq elm olimpiadalarındakı yüksək hazırlıq səviyyəsinin və məqsədyönlü fəaliyyətinin göstəricisidir.