XII Avropa Coğrafiya Olimpiadasında şagirdlərimizin uğuru

Tarix: 17.07.2026
Paylaş:



28 iyun–3 iyul 2026-cı il tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 2 bürünc medal qazanıblar.

Bürünc medal qazanan şagirdlər:

Məhəmməd Abdulla – BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi;

Yəhya Əhməd – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi.

Qeyd edək ki, Avropa Coğrafiya Olimpiadası məktəblilər arasında coğrafiya sahəsində bilik və bacarıqların inkişafını təşviq edən nüfuzlu beynəlxalq yarışlardan biridir.

Şagirdlərimizi əldə etdikləri uğur münasibətilə təbrik edirik!