Beynəlxalq Kimya Olimpiadasından (IChO) medallarla qayıdırıq

Tarix: 20.07.2026
Paylaş:



Məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasında (IChO) gümüş və bürünc medallar qazanıblar. İyulun 10-dan 19-dək Özbəkistanın Daşkənd şəhərində keçirilən olimpiadada 90-dan çox ölkəni təmsil edən 350-dən çox şagird yarışıb.

Gümüş medal:
Yaqub Baratlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi

Bürünc medallar:
Elman Kərimli – Bakı Dövlət Univeristetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi
Qurban Piriyev – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi

Gənc kimyaçılarımızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!