Məktəbli riyaziyyatçılarımızın Şanxay uğuru

Tarix: 20.07.2026
Paylaş:

 

10-20 iyul tarixlərində Çinin Şanxay şəhərində keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) şagirdlərimiz 1 bürünc, 4 həvəsləndirici mükafat qazanıblar. Olimpiadada 117 ölkədən 700-ə yaxın şagird iştirak edib.

Bürünc medal:
Turan Musayev – Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi

Həvəsləndirici mükafat:
Mikayil Şirinov – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi
Ayxan Əsədzadə – Bakı şəhər TDV (Türk Diyanət Vəqfi) Bakı Türk Liseyinin 9-cu sinif şagirdi
Sənan Mahmudlu – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi
Fərhad İskəndər – 287 nömrəli “Zəkalar” liseyinin 10-cu sinif şagirdi

Gənc riyaziyyatçılarımızı təbrik edirik!