ARTİ-nin Hüquq və kadrlarla iş şöbəsi hüquqşünas vəzifəsinə işçi axtarır

Tarix: 22.07.2026
Paylaş:




AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTİTUTU (ARTİ)

Hüquq və kadrlarla iş şöbəsi

VAKANSİYA ELANI

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Hüquq və kadrlarla iş şöbəsi hüquqşünas vəzifəsinə işçi axtarır.

Əsas vəzifə öhdəlikləri

• Kadr sənədlərinin (əmrlər, əmək müqavilələri və s.) qüvvədə olan qanunvericiliyə uyğunluğunun hüquqi ekspertizası;
• Daxili sənədlərin hazırlanmasında qanunvericiliyin tələblərinin, ARTİ-nin Nizamnaməsinin və daxili qaydaların gözlənilməsinə nəzarət;
• Əmək münasibətlərindən irəli gələn hüquqi məsələlər üzrə rəy, arayış və təkliflərin hazırlanması;
• Əmək mübahisələri üzrə məhkəmə proseslərində institutun maraqlarının müdafiəsində iştirak;
• Kadr inzibatçılığı proseslərinin təşkilində və elektron informasiya sistemləri üzərindən aparılmasında iştirak;
• Əmək qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və şöbənin fəaliyyətinə dair təkliflərin verilməsi.

Namizədlər üçün minimum (məcburi) tələblər

• Hüquq üzrə ali təhsil (bakalavr dərəcəsi);
• Hüquqşünas kimi minimum 3 ilədək iş təcrübəsi;
• Əmək Məcəlləsini dərindən bilmə və praktikada tətbiqetmə bacarığı;
• Mülki və inzibati qanunvericiliyin əsaslarını bilmə;
• Təhsil sahəsini tənzimləyən normativ hüquqi aktlarla tanışlıq;
• Hüquqi mətnləri aydın, əsaslandırılmış və strukturlu yazmaq bacarığı;
• Sənədlərlə işdə yüksək dəqiqlik, kargüzarlıq və rəsmi yazışma qaydalarını bilmə.

Üstünlük təşkil edən (məcburi olmayan) keyfiyyətlər

• Hüquq üzrə magistr dərəcəsi;
• Dövlət qurumunda və ya təhsil sektorunda iş təcrübəsi;
• Əmək mübahisələri üzrə məhkəmə təmsilçiliyi təcrübəsi;
• Elektron sənəd dövriyyəsi sistemləri ilə işləmə təcrübəsi;
• Süni intellekt alətlərindən hüquqi və kadr işində məqsədyönlü istifadə.

Biz nə təklif edirik?

ARTİ-də işləmək sadəcə maddi deyil, eyni zamanda mənəvi məmnunluq və müvafiq sahədə təsir imkanı deməkdir:
• Ölkənin təhsil sisteminin inkişafına hüquqi baxımdan birbaşa töhfə vermək;
• Təhsil siyasətini formalaşdıran qurumun normativ bazasının qurulmasında iştirak;
• Hüquq və kadr funksiyalarını birləşdirən genişprofilli şöbədə təcrübə qazanmaq;
• Peşəkar inkişaf: hüquq sahəsinə aid treninq, seminar və konfranslarda iştirak;
• Elmi-metodiki fəaliyyətlə məşğul olan dövlət müəssisəsində sabit iş yeri və rəsmi məşğulluq;
• Əmək Məcəlləsindən irəli gələn bütün hüquqlardan yararlanmaq.

Kimi axtarırıq: gözlədiyimiz iş yanaşması

• Öyrənməyə və dəyişikliyə açıqlıq – öz üzərində davamlı işləyən, “daha yaxşısı necə olar” deyə soruşan;
• Texnoloji yeniliklərə həssaslıq – süni intellekt daxil olmaqla müasir alətləri izləyən və işində tətbiq edən;
• Data və sübut əsaslı qərarvermə – fikirlərini şəxsi qənaətlə deyil, məlumat və tədqiqatlarla əsaslandıran;
• Düşünülmüş təşəbbüskarlıq – yeni yanaşmaları sınamaqdan çəkinməyən, səhvlərdən nəticə çıxaran.

İş şəraiti

İş rejimi: tam ştat
İş saatı: həftədə 5 gün, saat 9:00-18:00
Ünvan: Bakı şəhəri, Afiyəddin Cəlilov 86

Müraciət qaydası

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən CV-lərini 1 avqust 2026-cı il tarixinədək hr@arti.edu.az ünvanına göndərmələri xahiş olunur.
E-poçt mövzu sətrində vakansiya adının (Hüquqşünas) qeyd olunması vacibdir.

Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Bərabər imkanlar

ARTİ bütün namizədlərə cinsindən, yaşından, dinindən və digər fərqlərdən asılı olmayaraq bərabər imkanlar təqdim edir.