ARTİ tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində təlimçilərin hazırlığı təlimləri (ToT) keçirilib

Tarix: 24.08.2026
Paylaş:

Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində metodiki işin qurulması məqsədilə həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində aparıcı metodistlərin iştirakı ilə təlimçi hazırlığı təlimləri (ToT) keçirilib.

17–21 avqust tarixlərində keçirilən ToT təlimlərinin məqsədi aparıcı metodistlərin mövcud metodiki və təlimçi bacarıqlarının möhkəmləndirilməsi, metodist hazırlığı təlimlərini səmərəli şəkildə həyata keçirmələri üçün zəruri bacarıqların inkişaf etdirilməsi olub.

ToT təlimləri zamanı iştirakçılar metodist fəaliyyəti çərçivəsində əldə etdikləri təcrübələri paylaşıb, qarşılaşdıqları problemləri müzakirə edərək həll yolları təklif ediblər. Təlim proqramı təhlil edilərək proqramla bağlı aydın olmayan məsələlər iştirakçılara izah edilib.

Təlimin tematik planını müzakirə edən iştirakçılar mövzular arasında məntiqi əlaqələri və təlim nəticələrini, qiymətləndirmə və pedaqoji strategiyaları təhlil ediblər. Daha sonra iştirakçılar təlim proqramına daxil olan modullar əsasında öz təqdimatlarını hazırlayaraq auditoriyaya nümayiş etdiriblər.