Gənc tədqiqatçılara və doktorantlara elmi-tədqiqat fəaliyyətlərində dəstək göstərmək məqsədilə ARTİ-nin Təhsildə tətbiqi tədqiqatlar şöbəsi tərəfindən “Tədqiqatın strukturu: Metodologiya” mövzusunda təlimat sənədi hazırlanıb.
“Tədqiqatın strukturu: Metodologiya” təlimat sənədi elmi-tədqiqat işinin metodologiyasının düzgün qurulması, tədqiqat metodunun və yanaşmasının seçilməsi, məlumatların toplanması və təhlili kimi mühüm məsələlər üzrə suallara cavab tapmağa kömək edəcək.
Bu təşəbbüsün əsas məqsədi tədqiqata yeni başlayan tədqiqatçılara düzgün istiqamət vermək, onların elmi fəaliyyətlərini daha keyfiyyətli və sistemli şəkildə qurmasına dəstək olmaqdır.
Təlimat sənədi ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Tədqiqatın strukturu: Metodologiya