PISA 2025 nəticələri: Şagirdlərimiz hər üç əsas istiqamətdə irəliləyib

Tarix: 11.09.2026
Paylaş:



Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın (PISA) 2025-ci il üzrə nəticələri açıqlanıb.

PISA 15 yaşlı şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları real həyat situasiyalarında tətbiqetmə bacarığını qiymətləndirən ən nüfuzlu beynəlxalq tədqiqatlardan biridir. 2025-ci il qiymətləndirməsində Azərbaycan üzrə 241 məktəbdən 7 432 şagird iştirak edib. Qiymətləndirmə riyazi savadlılıq, oxu savadlılığı və təbiət elmləri istiqamətlərini əhatə edib. PISA 2025 tədqiqatında üç əsas qiymətləndirmə sahələrindən başqa rəqəmsal dünyada öyrənmə istiqaməti qiymətləndirilib.

PISA 2018 və PISA 2022 tədqiqatlarında Azərbaycan yalnız Bakı şəhəri üzrə təmsil olunduğuna görə illər üzrə inkişaf dinamikasının qiymətləndirilməsində Bakı üzrə nəticələr əsas müqayisə meyarı kimi götürülüb. PISA 2025 tədqiqatında isə qiymətləndirmə bütün ölkəni, o cümlədən bütün iqtisadi rayonları əhatə edib.

 Əsas nəticələr

Müqayisələrin yalnız Bakı şəhəri üzrə aparılmasının səbəbi 2018 və 2022-ci il qiymətləndirmələrinin yalnız Bakıda keçirilməsidir.

Rəqəmlərdəki dəyişikliklər barədə. PISA nəticələri iki mərhələdə hazırlanır: ilkin məlumat bazaları və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yekun yoxlamasından sonra dərc olunan rəsmi hesabat. 8 sentyabr 2026-cı ildə dərc olunmuş yekun hesabatda aparılmış son dəqiqləşdirmələr nəticəsində bir sıra ölkə və regionların göstəricilərində dəyişikliklər baş verib. Bu, hər qiymətləndirmə dövrünün standart mərhələsidir və yalnız Azərbaycana aid deyil.

Azərbaycan üzrə üç əsas istiqamət — riyazi savadlılıq, oxu savadlılığı və təbiət elmləri — üzrə ölkə və Bakı göstəriciləri dəyişməyib. Dəqiqləşdirmələr bəzi iqtisadi rayonlar üzrə göstəricilərə aiddir. Yekun rəqəmlərin əks olunduğu təqdimat PISA 2025_təqdimat ünvanında yerləşdirilib.

Nəticələrlə daha ətraflı tanış olmaq üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

PISA 2025 nəticələr (1-ci cild)

Bakı üzrə nəticələr