ARTİ-də doktoranturaya qəbul imtahanı keçirilib

Tarix: 15.09.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) fəlsəfə doktoru proqramına qəbul imtahanlarının ixtisas fənni mərhələsi uğurla yekunlaşıb.

ARTİ “Sabah” doktorantura proqramı çərçivəsində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsində imtahanlar iki ixtisas üzrə keçirilib: təhsilin təşkili və planlaşdırılması, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası. İxtisas fənni mərhələsində ümumilikdə 16 iddiaçı iştirak edib, 10 nəfər doktorant adına layiq görülüb.

İmtahan zamanı iddiaçıların müvafiq ixtisas üzrə nəzəri bilikləri, elmi-metodoloji hazırlığı, analitik və tənqidi düşünmə bacarıqları, eləcə də müstəqil elmi tədqiqat aparmaq potensialı qiymətləndirilib.