25 sentyabr – 5 oktyabr 2026-cı il tarixlərində Vyetnamın Hanoy şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) Azərbaycan məktəbliləri 3 bürünc medal qazanıb.
Bürünc medalçılarımız:
Ərtoğrul Məhərrəmli — Bakı şəhər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi
Mehdi Qasımlı — Bakı şəhər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi
Orxan Tağıyev — Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyin X sinif şagirdi
Bununla yanaşı, Orxan Tağıyev komanda yarışında da qalib olub.
Qeyd edək ki, komandamızın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı ölkə üzrə keçirilən Azərbaycan Astronomiya Olimpiadasının nəticələri əsasında formalaşır.
Məktəblilərimizi təbrik edirik!