Biologiya fənni üzrə aşağı yaş qrupları üçün seçim imtahanı keçiriləcək

Tarix: 07.10.2026
Paylaş:



11 oktyabr tarixində Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üzrə aşağı yaş qrupları üçün seçim imtahanı keçiriləcək.

İmtahanın nəticələrinə əsasən biologiya fənni üzrə növbəti hazırlıq və seçim mərhələlərinə cəlb olunacaq şagirdlər müəyyən ediləcək.

İmtahanda 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Müsabiqəsinin biologiya fənni üzrə final turunda iştirak etmiş şagirdlər iştirak edə bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi olmuş şagirdlər seçim imtahanında iştirak etmədən birbaşa hazırlıq dərslərinə cəlb olunacaqlar.

📅 Tarix: 11 oktyabr 2026-cı il

⏰ İmtahanın başlanma vaxtı: 10:00

📍 Ünvan: Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 109

İştirakçıların ən gec saat 09:30-da imtahan mərkəzində olmaları xahiş olunur.

Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.

Bütün iştirakçılara uğurlar arzulayırıq!