Yeni başlayan tədris ilində valideynləri və müəllimləri düşündürən əsas məsələlərdən biri şagirdlərin dərslərdəki fəallığı, verilən tapşırıqları yerinə yetirməsi, ümumilikdə məktəblilərin öyrənmə motivasiyasının yüksək olmasıdır. Amma bəzi hallarda şagirdlərlə ünsiyyət zamanı seçilən yanlış söz və ifadələr onları dərs oxumağa ruhlandırmaq əvəzinə, həvəsdən sala bilər. ARTİ-nin əməkdaşı, psixoloq Aydan Səfərli öyrənmə prosesində məktəblilərə dəstək olmaq üçün seçilən söz və ifadələrə həssaslıqla yanaşmağı tövsiyə edir.