ARTİ tərəfindən metodistlərlə onlayn görüş keçirilib

Tarix: 20.10.2026
Paylaş:

Oktyabrın 15-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) əməkdaşlarının, Bakı şəhəri və regionlar üzrə fəaliyyət göstərən metodistlərin, eləcə də aparıcı metodistlərin iştirakı ilə onlayn görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd beynəlxalq qiymətləndirmə proqramları və təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində həyata keçirilən layihələrlə bağlı məlumat mübadiləsinin aparılması, metodistlərin məlumatlandırılması və metodiki fəaliyyətin səmərəliliyinin artırılması olub.

Görüş zamanı PISA (Programme for International Student Assessment – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) haqqında ətraflı müzakirələr aparılıb. PISA ilə bağlı təlimatların metodistlərə çatdırılması və müvafiq məlumatların müəllimlər arasında yayılmasının əhəmiyyəti vurğulanıb.