“İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda maarifləndirici görüşlər davam edir

Tarix: 21.10.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi tərəfindən Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə “İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda şagirdlər, müəllimlər və valideynlərlə növbəti maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, böyük elmi işçilər Könül Mikayılova, Mətanət Qurbanova və elmi işçi Gülnarə Şahmuradova təqdimatla çıxış ediblər. Qarşılıqlı dialoq, işgüzar müzakirə şəraitində keçirilən görüşlərdə dünya ölkələrinin təcrübəsindən nümunələr təqdim edilib, mövcud problemlər müzakirə olunub, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin məktəblilərin rəqəmsal məzmun və təhlükələrdən qorunması üçün zəruri tövsiyələr verilib.