Məktəblilərimiz Rumıniyada təşkil olunan “Stars of Informatics” virtual proqramlaşdırma müsabiqəsində 2 qızıl və 2 gümüş medal qazanıblar.
Oktyabrın 16-19-da keçirilən müsabiqədə 23 ölkədən 120 nəfər iştirak edib.
Qızıl medal:
Vaqif Abdullayev – Göyçay şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi
Tuncay Paşayev – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi
Gümüş medal:
Mahmud İsalı – Bakı şəhər kimya, biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi
Həsən Süleymanov – “Gənc istedadlar” liseyinin 8-ci sinif şagirdi
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.