Ümumtəhsil məktəblərində “İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda şagirdlər, müəllimlər və valideynlərlə maarifləndirici görüşlər davam edir

Tarix: 23.10.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin təşkilatçılığı ilə “İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda şagirdlər, müəllimlər və valideynlərlə növbəti maarifləndirici görüşlər Bakı şəhərindəki 160 nömrəli Klassik Gimnaziyada keçirilib.

Görüşdə Təhsilin nəzəriyyəsi  və tarixi şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov, böyük elmi işçilər Könül Mikayılova, Mətanət Qurbanova və elmi işçi Gülnarə Şahmuradova mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.

Tədbirdə ibtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunmasında valideynlərin roluna xüsusi diqqət yetirilib və onlara tövsiyələr verilib. Eyni zamanda, şagirdlərə internetdə şəxsi məlumatların qorunması, zərərli və şübhə doğuran məzmunlardan uzaq durulması, kiberzorakılıq və digər mövzularda geniş məlumat verilib.

Görüşlərdə dünya ölkələrinin təcrübəsindən nümunələr də təqdim edilib və problemlə bağlı fikir mübadiləsi aparılıb.