“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təhsil İnstitutunda “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda keçirilən tədqiqat işi üzrə 29 oktyabrda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) nəzdində İncəsənət Kollecinin və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri ilə marifləndirici görüş keçirilib.
Görüşün əsas məqsədi yeniyetmələr arasında narkotik vasitələrin qeyri-tibbi istifadəsinin səbəb ola biləcəyi fiziki, psixoloji və sosial təhlükələr barədə iştirakçıları məlumatlandırmaq, risk yaradan amilləri müəyyənləşdirmək, profilaktik yanaşmaların vacibliyini diqqətə çatdırmaq və sağlam həyat tərzinin təşviq etməkdir.
Təqdimatlar zamanı tədbir iştirakçılarına yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması, psixoloji dözümlülüyün artırılması, ailə və məktəb arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirici məlumatlar təqdim edilib, eyni zamanda beynəlxalq təcrübədə tətbiq olunan profilaktik metodlar barədə məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.