Oktyabrın 30-da Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurası sədrinin müavini, polis polkovniki Eyvaz Nurməmədov, Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Nihat Qəmbərli, Nərimanov Rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Sayalı Məmmədova və Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Ramiz Məmmədov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin aparıcı elmi işçisi Turanə Hüseynova çıxış ediblər.
Turanə Hüseynova mövzu ilə bağlı təqdimatla çıxış edərək narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə, sosial münasibətlərinə və gələcək həyatına vura biləcəyi zərərlər barədə ətraflı məlumat verib.
Çıxışlar zamanı narkotik vasitələrin qeyri-tibbi istifadəsinə gətirib çıxara bilən psixoloji və sosial amillər, riskli davranışların formalaşma səbəbləri, onların erkən mərhələdə müəyyən edilməsi və qarşısının alınması yolları izah olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin davamlı və sistemli şəkildə təşkilinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, görüşlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində, Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan elmi-tədqiqat işi əsasında keçirilir.