Noyabrın 2-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbdə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunan seminar keçirilib.
Maarifləndirici seminarda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, pedaqogika üzrə fəlsəfə doktoru, böyük elmi məsləhətçi Lalə Əsədova F.Xoyskinin Azərbaycan dövlətçilik tarixində rolu ilə bağlı təqdimatlarla çıxış ediblər.
Seminarda müəllimlər və yuxarı sinif şagirdlərinin iştirakı ilə birgə müzakirələr aparılıb, xalqımızın həyatında böyük rol oynamış tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin dərindən öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Vətən tarixinin ciddi elmi mənbələrlə öyrənilməsinə dair müvafiq tövsiyələr verilib.