Noyabrın 9-da saat 10:00-da Fizika, riyaziyyat və informatika təmayüllü liseydə informatika fənni üzrə seçim imtahanı keçiriləcək.
Seçim imtahanı Respublika fənn olimpiadalarının informatika fənni üzrə qalibi olan şagirdlər arasında keçiriləcək.
Qeyd edək ki, imtahan nəticələrinə əsasən 12 nəfər “Rumıniya informatika ustadları” müsabiqəsində ölkəmizi təmsil edəcək.