Riyaziyyat fənni üzrə seçim imtahanının nəticələri elan olundu

Tarix: 03.11.2026
Paylaş:

 

Oktyabrın 11-də Təhsil Texnologiyaları Mərkəzində 8-9-cu sinif şagirdləri arasında keçirilən riyaziyyat fənni üzrə seçim imtahanının nəticələri açıqlanıb. İmtahanın nəticələrinə əsasən şagirdlər riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq və seçim mərhələlərinə cəlb olunacaqlar.

Qeyd edək ki hazırlıq dərsləri 4 noyabr saat 15:00-da başlayır. Tədris əyani (ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində) və onlayn formatda həyata keçiriləcək.

Əvvəlki tədris ilində eyni proqram üzrə dərslərdə iştirak edən şagirdlər isə yanvar ayında keçiriləcək imtahanda iştirak edəcəklər.

Bütün iştirakçılara uğurlar arzulayırıq.

İmtahan nəticələri ilə aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz.

Riyaziyyat fənni üzrə nəticələr