Təhsil İnstitutu tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə “Sərbəst fəaliyyət və fəaliyyətlərarası keçidlər” və “Açıq hava oyunlarının təşkili və metodikası” mövzularında vebinarlar keçirilib.
22 və 30 oktyabr tarixlərində keçirilən vebinarlarda spiker qismində Özbəkistan Milli Pedaqoji Universitetinin müstəqil tədqiqatçısı, məktəbəqədər təhsil üzrə mütəxəssis Səbinə Rəhimova, Bakı şəhəri 349 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Gülnar Əliyeva və 161 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Nərgiz Zeynalova çıxış ediblər.
Qeyd edək ki, vebinarlar ARTİ-nin “Facebook” səhifəsində canlı yayımlanıb.
Aşağıdakı keçidlərə daxil olmaqla vebinarlara baxa bilərsiniz:
https://www.facebook.com/share/v/17wQXrdMLb/
https://www.facebook.com/arti.edu.az/videos/1391116546432189/