Noyabrın 4-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nizami rayonunda yerləşən 70 nömrəli məktəb-liseydə Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunan növbəti seminar keçirilib.
Seminarda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova və pedaqogika üzrə fəlsəfə doktoru, böyük elmi məsləhətçi Lalə Əsədova F.Xoyskinin Azərbaycan dövlətçilik tarixindəki rolu ilə bağlı təqdimatlarla çıxış ediblər. Seminarda yuxarı sinif şagirdlərinin iştirakı ilə müzakirələr aparılıb, tarixi şəxsiyyətlərin irsinin mənbələr əsasında dərindən öyrənilməsinin vacibliyi vurğulanıb və şagirdlərə tövsiyələr verilib.