Azərbaycan Respublikasının Təhsil İnstitutunun kollektivi Zəfər muzeyini ziyarət edib

Tarix: 07.11.2026
Paylaş:

Noyabrın 6-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) rəhbərliyi və əməkdaşları 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərindəki Zəfər muzeyini ziyarət ediblər. Tədbir ARTİ Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbir zamanı Zəfər muzeyinin əməkdaşları tərəfindən Azərbaycanın şanlı zəfər tarixini əks etdirən eksponatlar haqqında məlumat verilib, Vətən müharibəsində qazanılmış tarixi qələbənin və xalqın vətənpərvərlik ruhunu yaşatmağın əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Zəfər muzeyinin və Vətən müharibəsi memorial kompleksinin yaradılması Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alınıb. Muzeyin açılışı 2025-ci il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.