“2026/2027-ci tədris ilində 7-ci siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Riyaziyyat” dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda vebinar keçiriləcək

Tarix: 23.11.2026
Paylaş:

 

Noyabrın 24-ü saat 15:00-da Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri, dərslik həmmüəllifi Rasim Abdurazaqovun moderatorluğu ilə “2026/2027-ci tədris ilində 7-ci siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Riyaziyyat” dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, dərslik müəllifi Zaur İsayev, Orta Doğu Texniki Universiteti, Təhsil fakültəsi, Riyaziyyat və Təbiət Elmləri Tədrisi bölməsinin rəhbəri, beynəlxalq dərəcəli ekspert Prof. Dr. Ayhan Kürşat Erbaş, Əməkdar müəllim, dərslik müəllifi Məhəmməd Kərimov və  Azərbaycan Dövlət Pedaqoji Universitetinin və 193 nömrəli tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi, dərslik müəllifi Günay Hüseynzadə çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.