“2026/2027-ci tədris ilində 8-ci siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Coğrafiya” dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda vebinar keçiriləcək

Tarix: 24.11.2026
Paylaş:

 

Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri, dərslik həmmüəllifi Rasim Abdurazaqovun moderatorluğu ilə 25 noyabr saat 15:00-da “2026/2027-ci tədris ilində 8-ci siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Coğrafiya” dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Böyük Britaniya Məktəbinin Coğrafiya müəllimi, layihə rəhbəri, dərslik müəllifi Famil Ələkbərov, Qazi Universitetinin Pedaqoji fakültəsi Coğrafiya departamentinin rəhbəri, xarici ekspert Prof. Dr Servet Karabağ, Bakı Dövlət Universiteti, Cografiya fakültəsi, Azərbaycan cografiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Nərminə Seyfullayeva və H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin müəllimi, dərslik müəllifi Şərafət Hüseynli çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.