“2026/2027-ci tədris ilində 9-cu siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Fizika” dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda vebinar keçiriləcək

Tarix: 27.11.2026
Paylaş:



Noyabrın 30-u saat 15:00-da Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri, dərslik həmmüəllifi Rasim Abdurazaqovun moderatorluğu ilə “2026/2027-ci tədris ilində 9-cu siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Fizika” dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Təhsil İnstitutunun Tədris resursları şöbəsinin baş mütəxəssisi, ADPU-nun fizika müəllimi, fizika dərsliyinin həmmüəllifi Əli Ağacanlı, ADA məktəbi – Beynəlxalq Bakalavr proqramı üzrə fizika müəllimi, dərslik həmmüəllifi Dünyamalı Məmmədov və Kimya və Biologiya Təmayüllü Respublika Liseyinin fizika müəllimi, direktor müavini, fizika dərsliyinin həmmüəllifi Zamir Dadaşov çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.