Orta məktəblərdə formativ qiymətləndirmə mövzusunda təlim təşkil olunub

Tarix: 01.04.2022
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 38, 75 və 154 nömrəli tam orta məktəblərdə formativ qiymətləndirmə mövzusunda təlim təşkil olunub.

Təlimdə adları çəkilən orta məktəblərin dərsləri dinlənilən müəllimləri iştirak ediblər. Təlim zamanı iştirakçılarla formativ qiymətləndirmənin məqsədi, üsul və vasitələri, effektiv əks-əlaqənin yaradılması, şagirdlərə konstruktiv rəylərin verilməsi mövzularında müzakirələr aparılıb. Eyni zamanda, müəllimlərə praktik nümunələr təqdim olunub və  iştirakçıların sualları cavablandırılıb.