ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması istiqamətində həyata keçirilən dəstək tədbirləri davam edir.
10-28 aprel tarixlərində 35, 38, 75, 301, 178, 18, 173, 154 və 227 nömrəli tam orta məktəblərdə bu məqsədlə metodik görüşlər keçirilib. Görüşlər zamanı müəllimlərin məktəbdaxili qiymətləndirmə ilə bağlı qarşılaşdıqları çətinliklərə aydınlıq gətirilib, diaqnostik, formativ və summativ qiymətləndirmənin səmərəli həyata keçirilməsi strategiyaları müzakirə olunub. Eyni zamanda, müəllimlər qiymətləndirmənin üsul və vasitələrinin tətbiqi üzrə praktik məşğələlər həyata keçirməklə biliklərini möhkəmləndiriblər.
Qeyd edək ki, metodik görüşlər hər ay müntəzəm olaraq təşkil olunur və müəllimlərin təlim ehtiyaclarının ödənilməsinə xidmət edir. Görüşlərdən sonra isə məktəblərin pedoqoji heyəti ilə birgə təhlillər aparılır.