Təhsil İnstitutu 11 may saat 15:00-da doktoranturaya və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün açıq qapı günü keçirəcək.
Açıq qapı gününün keçirilməsində məqsəd sənəd qəbulu və ixtisas seçimi mərhələsində iddiaçıları maraqlandıran suallara cavab vermək və düzgün istiqamət göstərməkdir.
Açıq qapı günündə iddiaçıların suallarını institutun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov və şöbənin əməkdaşı Aynur Əlimuradova cavablandıracaq.
Ünvan: ARTİ-nin əsas binası, Afiyəddin Cəlilov 86
3-cü mərtəbə, Akt zalı.