Sertifikatlaşdırılma imtahanına hazırlaşan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün ədəbiyyatdan tam şəkildə oxunulacaq əsərlər

Tarix: 18.05.2023
Paylaş:

Təhsilverənlərin sertifikatlaşdırma imtahanı üçün ARTİ tərəfindən hazırlanmış qiymətləndirmə çərçivəsində mövzular qeyd edilmiş və əsərlərin tam şəkildə oxunması tövsiyə edilmişdir.

Sertifikatlaşdırma imtahanı ilə əlaqədar olaraq Bakı və regionlarda mütəmadi olaraq keçirilən görüşlərdə mütəxəssislər tərəfindən iyunda keçiriləcək imtahanda tam şəkildə oxunması lazım olan əsərlərin siyahısı təqdim edilmişdir. Təsdiqlənən 5 əsəri aşağıda qeyd olunan versiyadan oxumağınız məqsədəuyğundur.

Qeyd edək ki, digər əsərlər isə dərslikdəki varianta uyğun olacaq.

Əsərlər:

C.Məmmədquluzadə- Anamın kitabı

C.Cabbarlı- Oqtay Eloğlu

S.Vurğun- Vaqif

İ.Əfəndiyev- Xurşidbanu Natəvan

Koroğlu dastanı- Həmzənin Qıratı qaçırması