20 mayda Bakı şəhəri ilə yanaşı bir sıra bölgələrdə, ümumilikdə 33 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib.
Şagirdlər 26 maydan etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər. Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif, Məktəblilərarası fənn müsabiqələri isə VI,VII sinif şagirdləri arasında təşkil olunur.