“Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək” layihəsi çərçivəsində qız şagirdlərimizlə görüş təşkil olunub

Tarix: 25.05.2023
Paylaş:

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Vilyam Abi Abdallah və təhsil proqramının rəhbəri Leyla Həsənovanın iştirakı ilə “Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək” layihəsi çərçivəsində qız şagirdlərimizlə görüş təşkil olunub.

Qeyd edək ki, Unicef Azerbaijan ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və “STEAM Azerbaijan”ın əməkdaşlığı çərçivəsində layihə ölkənin 5 bölgəsində həyata keçirilir.

Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM Mərkəzində təşkil olunan proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.