20 may tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsinin nəticələri elan olunub!
Şagirdlər nəticələrini portal.edu.az saytı vasitəsilə şəxsi kabinetlərindən və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.
Final turu 3 iyun tarixində təşkil olunacaq. Final turunun buraxılış vərəqələri yaxın günlərdə şəxsi kabinetlərə yüklənəcək.
Qeyd edək ki, fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə iştirak ediblər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunub.
Fənlər üzrə keçid balı aşağıdakı kimi müəyyənləşib:
Biologiya – 52,5
Fizika – 72
Riyaziyyat – 72,5
Kimya – 76
İnformatika – 70
LMO – 23,75
Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində Office@arti.edu.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.