ARTİ MDPİM tərəfindən təlimçi hazırlığı təlimləri keçirilib

Tarix: 30.05.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Elektron jurnal və gündəlik sistemi” platformasından istifadə üzrə proqram çərçivəsində 27-28 may tarixlərində təlimçi hazırlığı təlimləri keçirib.

Təlimlərin keçirilməsində məqsəd 2023-2024-cü tədris ilində elektron jurnal sisteminə yeni qoşulacaq məktəblərin inzibati-idarəetmə və pedaqoji heyətinin sözügedən platformadan istifadə üzrə səriştələrinin formalaşdırılması və bu istiqamətdə onlara peşəkar dəstəyin göstərilməsidir.

Təlimlər zamanı iştirakçılar “Elektron jurnal və gündəlik sistemi” platformasının əsas bölmələri ilə tanış olublar, həmçinin dərs cədvəli ilə iş, profilin tənzimlənməsi, tədris olunan mövzuların jurnalda qeyd olunması, şagirdlərin gündəlik davamiyyətinin yoxlanılması və formativ qiymətləndirmənin aparılmasına dair məlumatlar əldə ediblər.