30 may 2023-cü il tarixində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları tərəfindən TKTA-nın 2021-2022-ci tədris ilində keçirdiyi keyfiyyət monitorinqinin nəticələrinə əsasən ARTİ-yə təhkim edilmiş 10 məktəbin (18, 35, 38, 51, 75, 154, 173, 178, 227 və 301 nömrəli məktəblər) Məktəbin inkişaf planı (MİP) ilə əlaqədar 2022-2023-cü ilin sonuna dair illik hesabat görüşü keçirilib.
Görüşdə ARTİ-nin direktrou Rüfət Əzizov, ARTİ MDPİM-in direktoru Nəzakət Mehdiyeva və əməkdaşları, TKTA-nın Məktəblərdə keyfiyyət monitorinqi üzrə layihə rəhbəri Nəcməddin Mehdiyev, Təlimə dəstək mərkəzinin (TDM) əməkdaşları, həmçinin inspeksiyadan keçmiş və metodik xidmət göstərilməsi üçün ARTİ-yə təhkim edilmiş 20 məktəbin (18, 35, 38, 51, 75, 91, 111, 154, 159, 162, 173, 178, 227, 238, 242, 260, 265, 276, 284 və 301) idarəetmə heyəti və qabaqcıl müəllimləri iştirak ediblər.
Görüşün əsas məqsədi ARTİ MDPİM-in və məktəbin 2022-2023-cü tədris ilindəki fəaliyyəti, bu istiqamətdə göstərdikləri dəstək, görülmüş işlər və MİP çərçivəsində metodik xidmət göstəriləcək yeni 10 məktəblə canlı görüşün keçirilməsi və təcrübə mübadiləsinin aparılması olub.
Hesabat zamanı keyfiyyət monitorinqi sahələri, müəyyənləşdirilmiş təlim ehtiyacları, MİP-in reallaşdırılması üzrə məktəblərin fəaliyyətləri, MİP-in tətbiqi nəticəsində qazanılan nailiyyətlər, inkişafa ehtiyacı olan sahələr, kitabxana və məktəb psixoloqları ilə işin təşkili, metodik görüşlərin keçirilməsi, planlaşdırma, məktəbdaxili qiymətləndirmə təlimləri, bu təlimlərdə iştirak və inkişaf dinamikası, keçirilmiş seminarlar, məktəbdaxili və məktəblərarası qarşılıqlı dərsdinləmə prosesinin təşkili, aparılan dərsdinləmələrin nəticəsi haqqında geniş məlumatlar verilib.
Görüş zamanı 2021-2022-ci tədris ilində inspeksiyadan keçmiş məktəblərin MİP təcrübəsinin 2022-2023-cü tədris ilində inspeksiyadan keçən məktəblərlə paylaşılması, məktəblərin qarşılıqlı əməkdaşlığa cəlb edilməsi və metodik dəstəyin əhəmiyyəti vurğulanıb.
Daha sonra digər məktəblərdə prosesin necə və hansı istiqamətdə aparılması ilə bağlı əks-əlaqə aparılıb.
Hesabatın yekununda ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edib və məktəblərdə metodik dəstəyin əhəmiyyətini, metodik xidmətin davamlı təşkilinin vacibliyini qeyd edərək MİP çərçivəsində görülən işlərin məktəbdaxili metodik xidmətin qurulması üçün zəmin yaratdığını və gələcəkdə metodik dəstək fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulan fəaliyyətlərdən biri olduğunu qeyd edib. O, öz çıxışında ARTİ MDPİM komandasının hər zaman metodik xidmət göstərilməsi üçün dəstək göstərməyə hazır olduğunu bildirib.
Daha sonra TKTA-nın Məktəblərdə keyfiyyət monitorinqi üzrə layihə rəhbəri Nəcməddin Mehdiyev çıxış edib və müzakirə üçün söz müxtəlif məktəb direktorlarına verilib.
Məktəb direktorları öz çıxışları zamanı metodik xidmətin pedaqoji heyətin metodik bacarıqlarının formalaşmasındakı əhəmiyyətini qeyd edərək, məktəbdə müəllimlər arasında qarşılıqlı əks-əlaqənin səmərəli təşkil olunması, müəllimlərin öz peşə fəaliyyətinə qarşı düşüncə tərzinin müəyyən dərəcədə dəyişilməsi kimi nailiyyətləri vurğulayıblar.
Daha sonra görüş iştirakçılarının təklif və sualları dinlənilib, müvafiq müzakirələr aparılıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilindən başlayaraq ARTİ MDPİM daha 10 məktəbdə medodik xidmət göstərəcək.