Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turunun buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılır.
1 iyun tarixindən etibarən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.
Qeyd edək ki, 3 iyun 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası, VI,VII sinif şagirdləri arasında isə Məktəblilərarası fənn müsabiqələrinin final turu keçiriləcək. İmtahanlar Bakı, Sumqayıt, Şirvan, Şəki, Gəncə şəhərlərində təşkil olunacaq.