ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) yazılmasına dəstək məqsədilə görüşləri davam etdirir.
Bu məqsədlə 7-9 iyunda 91, 111, 159, 162 və 284 nömrəli tam orta məktəblərdə MİP-in yazılması istiqamətində görüşlər təşkil edilib. Görüşlərin əsas məqsədi məktəblərin MİP komandaları ilə birlikdə inkişaf planının yazılmasına dəstək göstərməkdir.
Görüşlər zamanı məktəbin inkişafına təsir edən istiqamətləri müəyyən etmək üçün “SWOT” təhlil aparılıb. Təhlil nəticələrinin MİP-in yazılmasında necə istifadə ediləcəyi barədə müzakirələr edilib.
Qeyd edək ki, ilkin mərhələdə 10 yeni məktəbdə inkişaf planının bir hissəsinin yazılması tamamlanıb. MİP ilə bağlı digər fəaliyyətlərin icra olunması üçün isə müəllimlərə lazımi tövsiyələr verilib.