13 iyun tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Avropa Təlim Fondu, ARTİ nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə peşəyönümü siyasətinin müzakirəsi üzrə görüş keçirilmişdir.
Görüşün məqsədi Azərbaycan təhsil sektorunda peşəyönümü sahəsində aparılan işləri müzakirə etmək, qlobal əmək bazarı üçün bacarıqların uyğunluğu və təkmilləşdirilməsi üzrə Avropa təcrübəsini öyrənmək, eləcə də AzMKÇ-nin 5-ci səviyyəsinin təkmilləşdirilməsi istiqamətində davam edən Aİ-Azərbaycan ikitərəfli layihəsinin fəaliyyətləri kontekstində maraqlı tərəflərin cəlb edilməsi, ARTİ və tərəfdaş institutların inkişaf ehtiyaclarını təhlil etmək olmuşdur.