Təhsil İnstitutunda Şimali Karolina Universitetinin nümayəndə heyəti, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları və ARTİ rəhbərliyinin birgə görüşü keçirilib

Tarix: 14.06.2023
Paylaş:

14 iyun tarixində Təhsil İnstitutunda Şimali Karolina Universitetinin nümayəndə heyəti, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları və ARTİ rəhbərliyinin birgə görüşü keçirilmişdir.

Görüşün keçirilməsində əsas məqsəd qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi və sözügedən universitetlə tərəfdaşlıqda həyata keçirilmiş Azərbaycan müəllimləri üçün onlayn İngilis Dili Sertifikat Proqramının (Online English Language Traininig Certificate Program/ELT) yekunlaşması olmuşdur.

Görüşdə 16-17 iyun tarixlərində ADA Universitetində baş tutacaq Şimali Karolina Universitetinin “İngilis Dilinin Tədrisində Strategiyalar və İnnovasiya” adlı yay konfransı barədə ətraflı məlumat verilmiş, Azərbaycanda təhsilin bütün səviyyələrində ingilis dili tədrisinin keyfiyyətinin artırılması və ingilis dilində səlis danışıq qabiliyyətinin təkmilləşdirilməsi məqsədilə proqram həyata keçirilməsindən bəhs olunmuşdur.