“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi-II mərhələ” adlı pilot layihə çərçivəsində görülən işlər

Tarix: 14.06.2023
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ-nin Bakı şəhəri üzrə Təhsil İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə əməkdaşlıqda həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi-II mərhələ” adlı pilot layihə çərçivəsində 2022/2023-cü tədris ili ərzində Bakı və Lənkəran şəhərləri, eləcə də Ağcabədi və Zəngilan rayonlarında yerləşən, ümumilikdə, 26 məktəbdə uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq olunmağa başlayıb. Nəticədə, 152 nəfər məktəb heyəti təlimləndirilib, 813 sinif rəhbəri, 2596 valideyn və 25218 şagird mexanizmlə bağlı maarifləndirici tədbirlərə cəlb edilib.

Qeyd edək ki, mexanizmin məktəblərdə icrası təlimləndirilmiş mütəxəssislər tərəfindən mütəmadi şəkildə superviziya olunur.