Lisey və gimnaziyaların VII və VIII siniflərinə qəbul imtahanları keçirilib

Tarix: 16.06.2023
Paylaş:

16 iyun tarixində şagird qəbulu mərkəzləşdirilmiş üsulla aparılan bir sıra lisey və gimnaziyaların VII və VIII siniflərinə qəbul imtahanları keçirilib.

İmtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı bir sıra bölgələrdə, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərləri və Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz rayonlarında, ümumilikdə 35 mərkəzdə təşkil edilib.

Şagirdlər 21 iyun tarixindən etibarən sy.edu.az platforması üzərindən şəxsi kabinetlərindən nəticələrini əldə edə və müvafiq keçid balını toplayacaqları təqdirdə lisey/gimnaziya seçimi edə bilərlər.