Özbəkistanın Xivə şəhərində 11-18 iyun 2023-cü il tarixlərində Əl-Biruni adına I Beynəlxalq Kimya Olimpiadası keçirilib. Olimpiadada 3 qitənin 16 ölkəsindən (Braziliya, Türkmənistan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Oman, Vyetnam və.s.) olan məktəblilər iştirak edib.
4 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 4 bürünc medal qazanıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X və XI sinif şagirdləri Hacızadə Nihad və Dəniz Səttarlı, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə ölkəmizə qalib olaraq geri qayıdıblar.
Məktəbliləri qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edir və uğurlar arzu edirik!