STEAM -Azərbaycan layihəsinin tətbiqində qarşıya çıxan çətinliklər və onların həll yolları mövzusunda konfrans baş tutub

Tarix: 20.06.2023
Paylaş:

20 iyun tarixində STEAM – Azərbaycan layihəsinin tətbiqində qarşıya çıxan çətinliklər və onların həll yollarının müzakirəsi məqsədilə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ümumtəhsil məktəblərinin STEAM tətbiq olunan 200 məktəbinin direktorları ilə konfrans təşkil olundu.

Konfransda ARTİ-nin direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov, STEAM layihəsinin rəhbəri İqrar Nəzərov panel çıxışlarında iştirak edərək STEAM təhsili, onun mahiyyəti və məqsədi diqqətə çatdırıldı, STEAM-in günün tələbləri səviyyəsində tətbiqi üçün məktəb rəhbərlərinin qarşısında duran vəzifələrdən bəhs edildi.

Günün ikinci yarısında STEAM mütəxəssisləri Təranə İbrahimli layihə əsaslı təlimin üstünlükləri, Ülkər Mirzəliyeva STEAM dərslərində qiymətləndirmə, Fazil Babayev SAF-2023 Beynəlxalq festivalında olacaq yeniliklər, Hafiz Tofidi isə STEAM tətbiqində ən çox verilən suallar ətrafında müzakirələrdə iştirak edərək, tədbir iştirakçılarının suallarını cavablandırdılar.