Fənlərarası inteqrativ tədris fəaliyyətinin 10 nümunəsi

Tarix: 20.08.2021
Paylaş:

Fənlərarası inteqrativ tədris fəaliyyətinin 10 nümunəsi

Adətən, fənlərarası inteqrativ tədrisi sinifdə tətbiq etmək kreativlik və eksperiment tələb etdiyinə görə, müəllimlərə iddialı bir yanaşma kimi gəlir. Lakin nisbətən asanlıqla həyata keçirilə bilən və tədqiqat əsaslı faydaları olan fəaliyyətlər mövcuddur. Bu faydalara aşağıdakılar daxildir:

Fənlərarası inteqrasiya yanaşması nədir?

Bu tədris metodu birdən çox fənnə aid bilik və bacarıqlar tələb edən məsələ, mövzu və problemlərə əsaslanır. Sinif səviyyəsindən və təcrübə sahəsindən asılı olaraq, müəllimlər öz əməkdaşlarının sinfində dərs keçməklə birgə fəaliyyət göstərə də bilərlər.

Bu fəaliyyətin əsas məqsədi şagirdləri müxtəlif fənlər arasında əlaqə qurmağa təşviq etməkdir. Məsələn, müəllim şagirdlərə güclü bir tarixi şəxsiyyətin müəyyən bir qərarı niyə aldığını müəyyənləşdirməyi tapşıra bilər. Bu tapşırığı yerinə yetirmək üçün tarixlə yanaşı, siyasi, iqtisadi və sosioloji anlayışlardan,  dil və həyat bilgisi fənlərindən biliklər tələb oluna bilər.

Yuxarıda göstərilən üstünlüklərdən əlavə, şagirdlər mövzular haqqında daha dərindən məlumatlanmış olur, beləliklə, daha geniş şəkildə öyrənmiş olurlar.

Bəs fənlərarası inteqrasiya metodu necə tətbiq edilir?

Bu metodun tətbiqi, adətən, bütöv bölməni əhatə edir. Lakin, bir dərsi əhatə edən və ya daha qısa fəaliyyətlər həyata keçirmək də mümkündür. Aşağıda təriflə verilmiş və dərsin dizayn mərhələləri ilə tamamlanmış 10 fənlərarası tədris fəaliyyəti və nümunələri verilmişdir. Hər cədvələ uyğun olanı seçə bilmək üçün nümunələr müddətlərinə uyğun kateqoriyalanmışdır.

ASAN VƏ SÜRƏTLİ FƏNLƏRARASI İNTEQRATİV MƏŞĞƏLƏ NÜMUNƏLƏRİ

  1. Xəbərlərin analizi

Dərsə real həyata əsaslanan fənlərarası məsələləri təqdim edən bu düşündürücü məşğələ ilə başlamaq olar.

Bu məşğələni həyata keçirmək üçün şagirdlərə yerli (lokal), milli və ya beynəlxalq mövzuların müzakirə olunduğu bir xəbər çarxı nümayiş etdirmək lazımdır. Daha sonra onlara fərdi və ya komanda şəklində həll etmək üçün mövzuya uyğun suallar verilir. Məsələn, xəbər çarxı hansısa ərazidə baş vermiş sürüşmə hadisəsi haqqında ola bilər. Bu zaman müxtəlif fənlərin bacarıq və mövzularından istifadə edərək şagirdlərə sürüşmənin səbəblərini müəyyən etməyi və bunun qarşısının alınması yollarını irəli sürməyi tapşırmaq olar. Şagirdlər sinif yoldaşlarının suallarını cavablandıraraq həll yolları təqdim etmək üçün könüllü ola bilərlər.

Müddət: 30-45 dəqiqə

Yaş aralığı: V və yuxarı siniflər

2. Tarixi qələm yoldaşlığı

Bu davamlı fəaliyyətə vaxt ayıraraq tarix dərslərini fərdiləşdirə bilərsiniz. Prosesdə şagirdlərin yaradıcı yazı bacarıqları da inkişaf edəcəkdir.

Bu fəaliyyət zamanı şagird müəyyən bir tarixi şəxsiyyətin roluna girərək qarşılaşdığı hadisələr haqqında öz sinif yoldaşına məktub yazır. Video və dərsliklər kimi mənbələrdən istifadə edərək, bu fəaliyyət şagirdlərə fərqli fənlərdən müxtəlif və mövzuya uyğun məlumatları toplamağa imkan verir. Tutaq ki, şagird Nəsirəddin Tusi roluna girir. Onda, o, alimin kəşfləri haqqında yazaraq, prosesdə riyaziyyat və digər fənlərdən bilik sahibi olacaq.

Müddət: 45 dəqiqə

Yaş aralığı: V və yuxarı siniflər

3. Riyaziyyat idmanı

Müəyyən hərəkətləri araşdıran və izah edən dərslər vasitəsilə riyaziyyat və fizika ilə fiziki tərbiyəni birləşdirin.

Tutaq ki, uzunluğa tullanma məşq edilir. Qüvvənin aşağı doğru yönəlməsini göstərmək üçün bir yaydan istifadə edərək, fizika və gövdə mexanikasına giriş edə bilərsiniz. Sonra şagirdlər hansı uzaqlığa tullandıqlarını təxmin edərək və ölçərək riyazi bacarıqlarının məşq etdirmiş olarlar. Bu fəaliyyətlər qaldırma, tullama və digər hərəkətlər haqqındakı dərslərə də şamil edilərək idmanı sevməyən gənclərin də marağını cəlb edə bilər.

Müddət: 15 – 30 dəqiqə

Yaş aralığı: IV – XI siniflər

DƏRS BOYU DAVAM EDƏN FƏNLƏRARASI İNTEQRATİV MƏŞĞƏLƏLƏR

4. Dünya səyahətçisi

Şagirdlərin səyahət planlaşdırmalarına icazə verin. Bu, əsas mövzulara toxunarkən tədqiqat bacarıqlarını inkişaf etdirməyə yardımçı olacaqdır.

Öz istədikləri məkana bir həftəlik səyahət marşrutu tərtib etmələri üçün şagirdlərə internetə təhlükəsiz çıxışı olan kitabxana və ya kompüter otaqlarında vaxt təyin etmək lazımdır. Nəticədə həmin səyahət planına aşağıdakılar daxil olmalıdır:

Bu fənlərarası fəaliyyət xarici dil dərslərində həyata keçirilə bilər. Məsələn, şagirdlər Paris və Monreal şəhərlərinə səyahət marşrutunu fransız dilində yaza bilərlər. Məşğələni başa vurmaq üçün Google Earth kimi texnologiyalardan istifadə edərək bəzi səyahət nöqtələrini gözdən keçirə bilərsiniz.

Müddət: 1-3 dərs

Yaş aralığı: IV-IX siniflər

5. Tarixi abidələr

Şagirdlərə müxtəlif ölkələrin tarixi abidələri haqqında müstəqil araşdırmalar etməyi tapşıraraq son məşğələni dəstəkləyin, beləliklə, digər fənlərə də inteqrasiya edin.

Bəzi müəllimlər üçün əsas fənlərarası fəaliyyət olan bu məşğələyə nümunə olaraq, şagirdlər Azərbaycanın ən məşhur nişanlarından biri olan Qız qalası haqqında araşdırma apara bilərlər. Xüsusən, verilən nümunəyə əsasən, bura daxil ola bilər:

Aşağı siniflər üçün fəaliyyəti fərqli məşğələlərə bölmək və şagirdlərin qrup şəklində işləməsini təmin etmək olar. Yuxarı siniflər üçün isə fərdi və ya cütlər şəklində işləyə biləcəkləri sinifdaxili layihə olaraq təyin etmək olar.

Müddət: 1-3 dərs

Yaş aralığı: VI və yuxarı siniflər

6. Maraq dairəsi

Bu introspektiv (şagirdlərin öz seçimlərinə əsaslanan) fəaliyyətlə biznes, fəlsəfə və sosial tədqiqatlara toxunun.

Məşğələ şagirdləri kiçik qruplara, sinfi isə 3 məntəqəyə bölməklə başlayır. Hər qrupun məntəqələrdə xərcləməli olduqları 1000$ dəyərində imitasiya pulları var. Hər bir məntəqədə xüsusi kateqoriyalı kartlar vardır ki, onlar müəllim tərəfindən hazırlanır və hər məntəqəyə uyğun fərqli maraqları ifadə edirlər. İqtisadi maraq olaraq, 150$ müqabilində məktəbə sürətli nəqliyyat əldə etmək, sosial maraq olaraq 200$-lıq bir əyləncəli yığıncaq təşkil etmək, mənəvi maraq olaraq isə 100$ məbləğində xeyriyyə yardımı etmək qeyd oluna bilər. Bütün qruplar 1000$ xərcləyib bitirdikdən sonra nəticələr sayılır və ən çox hansı məntəqənin maraqlarının satıldığına baxılır.

Bu, iki refleksiya məşğələsinin həyata keçirilməsinə imkan yaradır. Birinci, sinif olaraq, hər bir qrupun pulu necə xərclədiyini müzakirə edin. İkincisi, hər bir şagirddən hansı marağı niyə seçdiklərini soruşun.

Müddət: 1 dərs

Yaş aralığı: IV və yuxarı siniflər

FƏNLƏRARASI İNTEQRATİV BÖLMƏ NÜMUNƏLƏRİ

7. Sahə tədqiqatı

Qısa bir tədris vahidi üçün əsas olaraq, açıq sahə tədqiqatından istifadə edərək yeni öyrənmə mühitləri təqdim edin.

 Fənlərarası inteqrasiya yanaşmasından istifadə edən ixtiyari tədris vahidi kimi, bu fəaliyyət də bir idarəetmə mərkəzinə bağlı olmalıdır. Məqalənin növbəti bölməsində izah olunacaq müəyyən bir fokus və məqsəd olmalıdır. Məsələn, sahə tədqiqatı yerli böcək və heyvanların tapılmasına yönəldilə bilər. Daha sonra, tədris vahidini vəhşi həyatla bağlı müəyyən bir mövzunu araşdırmağa əsaslandıra bilərsiniz. Şagirdlər edə bilərlər:

Bölmənin sinifdaxili hissəsini həyata keçirmək üçün hazırki sahə tədqiqatının keçmiş dərslərlə əlaqəsi haqqında bütöv siniflə müzakirə apara bilərsiniz. Bu fəaliyyət açıq havanı sevən şagirdlərin ürəyincə olacaqdır.

Müddət: 1-2 həftə

Yaş aralığı: IV və yuxarı siniflər

8. Hava haqqında hər şey

İqlimin təsirlərini araşdırmağa əsaslanan bir tədris vahidi seçməklə texniki və humanitar elmləri birləşdirin.

İbtidai sinifdə bir çox texniki fənn kurikulumunda hava və atmosfer haqqında, onların müxtəlif cəmiyyətlərə təsirlərini öyrənərək tətbiq edə biləcəyiniz bölmələr vardır. Məsələn, müxtəlif region və ölkələri araşdıraraq orada iqlimin əmək, əkinçilik və mədəni fəaliyyətlərə təsirlərini öyrənə bilərsiniz. Şagirdlər ərazidə havanın həyatı və ekologiyanı tarixən necə formalaşdırdığını əks etdirən təqdimatlar hazırlaya bilərlər.

Müddət: 1-2 həftə

Yaş aralığı: IV və yuxarı siniflər

9. Bir kitabdan daha artıq

Müəyyən bir kitabın təməl məzmununu tədqiq edərkən və oxuyarkən cəlbedici məşğələlər edərək ana dili dərslərini daha yaddaqalan edin.

Hər bir kitab özünəməxsus fənlərarası inteqrasiya fəaliyyəti üçün bir vasitədir. Kitabın məzmununu analiz etməklə başlayın. Məsələn, əgər, bir neçə əsr əvvələ aiddirsə, şagirdlər kiçik külək dəyirmanı və ya sadə teleskoplar hazırlayaraq həmin eranın kəşflərini yenidən qura bilərlər. Tutaq ki, Xəlil Rza Ulutürk əsərlərindən birini oxuyursunuz. Onda, sinfi kiçik qruplara bölərək müxtəlif siyasi ideologiyaları müzakirə edə blərsiniz. Və ya şagirdlər dialoqu çox olan romanlardakı personajları canlandıra, özlərini onların yerinə qoya bilərlər. Beləliklə, ana dili dərsini çoxşaxəli hala gətirmək mümkündür.

Müddət: 2 həftə və ya daha çox

Yaş aralığı: V və yuxarı siniflər

10. Oxumadan testə hazırlıq

Şagirdləri intensiv şəkildə dərs oxumadan qarşıdan gələn imtahan və ya testə hazırlayaraq onlara akademik karyeraları boyunca istifadə edə biləcəkləri metodlar öyrədin.

Xüsusi bir strukturdan asılı olmayaraq, bu bölmənin dərsləri və məşğələləri vahid təməl suala və ya idarəetmə mərkəzinə əsaslanmalıdır: “Oxumaqla yanaşı, özünü qarşıdakı imtahana hazırlamağın ən yaxşı yolları hansılardır?” Stress, yuxu, qidalanma, aktiv dinləmə və performansa təsir göstərən digər faktorlara fokuslana bilərsiniz. Bölməni tamamlamaq üçün hər bir şagird oxumadan hazırlıq taktikasının tədqiqata əsaslanan bir təqdimatını hazırlaya bilər.

Müddət: 1 həftə və ya daha çox

Yaş aralığı: V və yuxarı siniflər

5 ADDIMDA FƏNLƏRARASI İNTEQRATİV BÖLMƏNİN QURULMASI

  1. Şagirdləri və mühiti qiymətləndirinMühiti və şagirdlərin müxtəlif öyrənmə stillərini (tərzlərini) analiz etmək bölməni onların ehtiyaclarına və maraqlarına uyğunlaşdırmağa kömək edəcəkdir.Məsələn, sinfin qarşılaşdığı çətinlikləri təyin etməklə bir çox riyazi bacarıqların formalaşdırılmasında istifadə edə bilərsiniz. Bu bilgilər riyaziyyatı sosial və siyasi məsələlərə tətbiq etməklə fənlərarası inteqrasiya yaratmağa sizi ruhlandıra bilər.

Şagirdləriniz haqqında daha çox şey öyrənmək üçün aşağıdakı nüanslara diqqət edin:

Sinif mühitinin dəyərləndirilməsi zamanı fikir verin:

Düzgün qiymətləndirmə nə edə biləcəyinizi və nə etməli olduğunuzu müəyyənləşdirməyinizdə açar rolu oynayacaqdır.

2. İdarəetmə mərkəzi yaradın

Fənlərarası inteqrativ bölməni bir idarəetmə mərkəzi olmadan işləmək göstərişlər olmadan bir layihə tapşırığı vermək kimi olardı. Bütün məşğələlər və dərslər bu mərkəzə əsaslanmalıdır. Və şagirdlərin istifadə etdiyi bütün metodlar və mövzular da bu mərkəzə əsaslanacaq. Misal üçün “Çaldıran döyüşünə” baxaq. İdarəetmə mərkəzləri aşağıdakı formada ola bilər:

İdarəetmə mərkəzi hazırlandıqda növbəti addıma fokuslanmaq sizin üçün daha asan olacaqdır.

3. Təməl suallar hazırlayın

Şagirdlərə idarəetmə mərkəzinə ideya və mövzular təqdim etməkdə kömək etmək lazımdır. Təməl suallar bu zaman lazım olur.

Yeni bir məşğələyə başlayarkən şagirdlər təməl sualları müəyyən etməli və üzərində biraz düşündükdən sonra idarəetmə mərkəzinə necə daxil edilə biləcəyini dərk etməlidirlər. Misal olaraq, yuxarıda qeyd olunan Çaldıran döyüşü nümunəsinə qayıdaq. Bu nümunədə təməl suallar olaraq konfliktin uzunmüddət təsirləri olan beş nəticəsini götürmək olar.

Hər bir sual aşağıdakı şəkildə olmalıdır:

4. Məşğələləri planlaşdırın və həyata keçirin

Əyləncə burada başlayır. İndi müəyyən bir təməl suala əsaslanan məşğələləri hazırlayıb həyata keçirin. Hər bir məşğələ və ya dərs fənlərarası inteqrasiyanın önəmini göstərmək üçün müxtəlif fənlərdən ideya və bacarıqlar təqdim etməli və ya möhkəmləndirməlidir.

İxtiyari dərsdə olduğu kimi, müxtəlif məşğələ növlərindən istifadə edib, şagirdlərə mövzu və öz işlərini dəyərləndirməyə imkan verin.

5. Şagirdlərin performansını və bölmənin özünü qiymətləndirin

Fənlərarası inteqrasiya fəaliyyəti apararkən şagirdləri və məşğələləri qiymətləndirin. Bu təkcə şagirdlərə geri dönüş etmək üçün deyil, həm də gələcək fənlərarası fəaliyyətlər üçün məlumat toplanılması üçün bir vasitədir.

Şagird performansını qiymətləndirmək üçün aşağıdakıları ölçün:

Fənlərarası inteqrativ bölməni qiymətləndirərkən aşağıdakıları dəyərləndirin:

Fənlərarası inteqrasiya yanaşması haqqında son fikirlər

Şagirdlər sevmədikləri fənləri fənlərarası inteqrativ dərslər, bölmələr və ya məşğələlərdən sonra sevməyə başlaya bilirlər. Çünki bacarıq və mövzuların sevdikləri fənlərlə əlaqəsini öyrənmiş olurlar. Həmin bacarıqları məşq etmək üçün kifayət qədər vaxt ayırmaqla və mövzulardan istifadə etməklə bütün dərslərdə müsbət nəticə görmək mümkündür.

Qeyd: Məqalədə bəzi nümunələr orijinallarıının ekvivalentləri ilə əvəz olunmuşdur.

Mənbəhttps://www.prodigygame.com/main-en/blog/interdisciplinary-teaching-activities-examples/

Tərcümə etdi və hazırladı: Cəmilə Kazımova

ARTİ-Metodik Dəstək Mərkəzi