Məktəbin İnkişaf Planının yazılmasına dəstək məqsədilə 111, 162, 242, 260, 265 və 276 nömrəli tam orta məktəblərdə görüşlər təşkil edilib

Tarix: 23.06.2023
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) yazılmasına dəstək istiqamətində həyata keçirdiyi fəaliyyətlər davam edir.

Bu məqsədlə iyunun 22-də 111, 162, 242, 260, 265 və 276 nömrəli tam orta məktəblərdə Məktəbin İnkişaf Planının yazılması istiqamətində görüşlər təşkil edilib. Görüşlərin əsas məqsədi məktəblərin MİP komandaları ilə birlikdə inkişaf planının yazılmasına dəstək göstərməkdir.

Görüş zamanı Məktəbin İnkişaf Planında əksini tapan məqsəd və hədəflər, bu hədəflərə çatmaq üçün nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub. Təkliflər təhlil olunduqdan sonra planın yekun təkmilləşdirilməsi üçün məktəbin MİP komandasına təqdim edilib.

3 illik dövrü əhatə edən Məktəbin İnkişaf Planı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya hesabatı və məktəbin pedaqoji, inzibati heyətinin təlim ehtiyaclarına uyğun şəkildə hazırlanıb. İnkişaf istiqamətlərinə isə heyətin peşəkar inkişafı, şagird və valideynlərlə işin təşkili daxildir.