7-21 iyun tarixlərində məktəb kitabxanaçıları üçün “Ümumi təhsil müəssisələrində kitabxana işinin təşkili” adlı onlayn təlimlər təşkil olunub. Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf, eləcə də Elmi-pedaqoji tədqiqatlar mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər 36 akademik saatı əhatə edib.
Təlimlərin məqsədi ümumi təhsil müəssisələrində kitabxana işinin səmərəli təşkili baxımından məktəb kitabxanaçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Təlimlərdə iştirak edən müdavimlər qeyd olunan mövzular üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər:
Qeyd edək ki, ümumi təhsil müəssisələrində çalışan kitabxanaçılar üçün təşkil olunan təlimlərdə ümumilikdə 210 müdavim iştirak edib.