Məktəblilərimiz Avropa riyaziyyat kubokunda uğurla çıxış ediblər

Tarix: 25.06.2023
Paylaş:

Riyaziyyat üzrə Avropa kuboku Avropanın hər yerindən orta məktəb şagirdləri üçün hər il keçirilən beynəlxalq riyaziyyat yarışıdır. Bu il 11-ci dəfə təşkil edilən müsabiqədə məktəblilərimiz 2-ci dəfə iştirak edir. Müsabiqənin sualları cəbr, həndəsə, ədədlər nəzəriyyəsi və kombinatorika daxil olmaqla, geniş spektrli riyazi bacarıq və bilikləri yoxlamaq üçün nəzərdə tutulub. İştirakçılar uğur qazanmaq üçün həmçinin problem həll etmə bacarıqlarını, yaradıcı və məntiqli düşünmək qabiliyyətlərini nümayiş etdiriblər.

Müsabiqənin nəticələri (https://emc.mnm.hr/competition/results/) iyun ayında elan edilib və məktəblilərimizin qazandığı nailiyyətlər aşağıdakı kimidir.

 

 

 

 

1.

Cəlil Hüseynov

Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

birincilik diplomu

  2.

Səid Bəkirov

Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

birincilik diplomu

3.

Nicat Vəliyev

Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına lisey

ikincilik diplomu

4.

Fərrux Əsədov

Bakı şəhəri, 160 nömrəli Klassik Gimnaziya

ikincilik diplomu

 5.

Telman Məmmədov

Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi

üçüncülük diplomu

6.

Fidan Cəfərli

Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi

üçüncülük diplomu

7.

Anar Mehdiyev

Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

üçüncülük diplomu

8.

Fidan Qarayeva

Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

üçüncülük diplomu

9.

Sevinc Mahmudova

Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi

həvəsləndirici mükafat

10.

Fərid Hacızadə

Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi

həvəsləndirici mükafat

11.

İbrahim Kərimli

Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi

həvəsləndirici mükafat

12.

Safura Ramizqızı

Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi

həvəsləndirici mükafat

13.

Xəyal Əliyev

Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi

həvəsləndirici mükafat